Medvedev Saakaşviliyə şərt qoyub
04 Avqust 2011 Cümə Axşamı 22:17
Gürcüstan rəhbərliyi müdriklik nümayiş etdirsə, öncə iqtisadi-ticarət, ardınca isə diplomatik münasibətlərin bərpasına razılıq verə bilərik.
Rusiya mövcud siyasi reallıqların dəyişdirilməsi hesabına Ümumdünya Ticarət Təşkilatına daxil olmaq niyyətində deyil. Belə bir bəyanatla Rusiya prezidenti Dmitri Medvedev çıxış edib. Rusiyanın “RT”, Gürcüstanın “Pik” telekanallarına və “Exo Moskvı” radiosuna müsahibə verən dövlət başçısı bununla yanaşı Moskvanın Tiflislə əlaqələrin bərpasına start verməyə hazır olduğuna işarə edib. Medvedev bildirib ki, Gürcüstan tərəfindən Rusiyanın ÜTT-yə qəbulunu əngəlləyən maneələrin aradan qaldırılması iki ölkə arasındakı əlaqələrin bərpasına təsir göstərə bilər.
“Lakin Tiflis bu məsələdə siyasi reallıqların dəyişdirilməsinə təkid etməyə çalışsa, şübhəsiz ki, biz buna gedə bilmərik. Hətta ÜTT amili burada keçərli olmayacaq”, -deyə o vurğulayıb.
Medvedev qeyd edib ki, Gürcüstan rəhbərliyi müdriklik nümayiş etdirsə və Rusiyanın ÜTT-yə qəbulu məsələsində mövqeyini dəyişsə, gələcəkdə Moskva öncə iqtisadi-ticarət, ardınca isə diplomatik münasibətlərin bərpasına razılıq verə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: