Medvedev rüşvət almaqda günahlandırıldı
24 Dekabr 2010 Cümə 13:05
“Yeni Qaqauziya”: Rusiya prezidentinin fəxri fərmanı Mixail Formuzalaya 20 min avro rüşvət, bir yeşik konyak və 3 yeşik çaxıra başa gəlib
Rusiya prezidenti Dmitri Medvedevin fəxri fərmanı Qaqauziyanın başqanı Mixail Formuzala 20 min avro rüşvət, bir yeşik konyak və 3 yeşik çaxıra başa gəlib. Belə bir bəyanatla “Yeni Qaqauziya” hərəkatının lideri, Komrat şəhərinin meri və Formuzalın müxtariyyət başçısı uğrunda keçirilən seçkilərin ikinci turunda rəqibi Nikolay Duqaqlo çıxış edib.
“Yeni Qaqauziya” nəşrinin saytında anonim mənbəyə istinadən verilən məlumata görə, Formuzal ilə Rusiya Federasiyasının prezident adminstrasiyası arasında vasitəçi kimi bu ölkənin Xarici İşlər Nazirliyinin Buturin Aleksandr Sergeyeviç adlı əməkdaşı çıxış edib. Belə ki, pul və alkoqollu içkilərin əvəzində, guya ki həmin şəxs Formuzala prezidentin fəxri fərmanını almalıdır.
Həmin mənbə bildirir ki, “Yeni Qaqauziya” hərəkatının nümayəndəsi Nikolay Dudaqlo isə bundan daha artıq məbləğ və daha böyük hədiyyənin müqabilində ona “Xalqlar Dostluğu Ordeni” ilə təltif oluna bilər.
Öz növbəsində Formuzalın gərargahından bildiriblər ki, belə məlumatlar yaymaqla “dahi diplomat Nikolay Dudaqlo” faktiki olaraq Rusiya prezidentinin özünü rüşvət almaqda günahlandırıb. Belə çıxır ki, o, öz məmur-tərəfdaşları ilə hədiyyə alınmasını biznesə çevirib. Qaqauziya başqanının gərargahında hesab edirlər ki, Dudaqlonun tərəfdaşları Moskva və bütün Rusiyanın patriarxı Kirill tərəfindən saxta dəstək aldıqları ilə bağlı atdıqları uğursuz addımdan sonra bu yola əl atmağa çalışıblar.
Qeyd edək ki, dekabrın 26-da Qaqauziyada muxtariyyət başçısı uğrunda keçirilən seçkilərin ikinci turu baş tutacaq. Bu seçkilərin ikinci turunda hazırki avtonomiya başçısı Mixail Formuzal və Komrat şəhərinin meri Nikolay Dudaqlo mübarizə aparacaqlar.
DOSTLARINLA PAYLAŞ: