Medvedev qondarma erməni soyqırımı abidəsini ziyarət edib
20 Avqust 2010 Cümə 14:00
Rusiya prezidenti Medvedev İrəvana səfərini buradan başlayıb.
Rusiya prezidenti Dmitri Medvedev İrəvana səfərini qondarma erməni soyqırım abidəsini ziyarətlə başlayıb. Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidentinin rəsmi qarşılanma mərasiminin ardından onun və xanımının şərəfinə verilən ziyafətdə bildirib ki, Ermənistan-Rusiya münasibətləri Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas amildir və müzakirə ediləcək məsələlər də buna sübutdür.
Ermənistan prezidenti Serj Sarkisyan Dmitri Medvedevin İrəvana gəlişinin dövlət səfəri adlandırılmasını da münasibətlərin yüksək səviyyədə olmasi ilə izah edib. Bu səfər münasibətlərimizin inkişaf dinamikasını nəzərdən keçirtmək üçün çox yaxşı imkandır deyən Sarkisyanın sözlərinə görə, Ermənistan iki xalq arasında qədim və möhkəm dostluq əlaqələri ilə fəxr edir.
“Rusyia prezidentinin dövlət səfərinin ilk dəqiqəsindən mən irəli hərəkət edəcəyimizə əminliyimizi hiss etdim .Biz bacaracağıq və həyatı əhəmiyyətli birgə proqramları reallaşdıracağıq”, - deyə o əlavə edib.
Dmiti Medvedev isə deyib ki, Ermənistan-Rusiya münasibətləri həm ikitərfli, həm də KTMT və MDB çərçivəsində həqiqətən çox möhkəmdir, hətta bu münasibətləri bütün istiqamətlərdə nümunə hesab etmək olar.
Rusiya prezidentinin sözlərinə görə, mürəkkəb tarixi mərhələlərdə xalqların münasibəti onların hər birinə çox kömək edib və tarix belə nümunələrlə zəngindir.
Meşə yanğınları ilə mübarizdə Ermənistanın ilk yardım edənlərdən olduğunu vurğulayan Dmitri Medvedev Ermənistan rəhərliyinə münasibətlərin möhkəmlənməsi üçün səmimi cəhdlərinə görə təşəkkür edib.
Sonra prezidentlər Respublika meydanında gəzərək, musiqili fontana baxıblar. Sona isə kafeyə gediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: