Medvedev nəyə qadağa qoydu?
29 Dekabr 2010 Çərşənbə 14:50
Rusiya Federasiyası prezidenti müvafiq fərman imzalayıb
Rusiya prezidenti Dmitri Medvedev Federasiya subyektləri rəhbərlərinə özlərini prezident adlandırmağı qadağan edib. ANS PRESS-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prezident bu barədə qanun imzalayıb.

Qanun 2010-cu il 21 dekabr tarixində Dövlət Duması tərəfindən qəbul olunub və dekabrın 24-də Federasiya şurası sənədi təsdiq edib.

Müvafiq dəyişiklik “Rusiya Federasiyası subyektlərinin dövlət hakimiyyəti qanunverici və icra orqanlarının ümumi prinsipləri haqqında” federal qanunun 18-ci maddəsinə daxil edilib.

Qanuna əsasən, indi subyekt prezidentləri “başçı”, “rəhbər”, “hökumət rəhbəri” və s. adlandırılacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar