Mediamaqnat Rupert Mördok öz şirkətində istefa verdi
23 İyul 2012 Bazar Ertəsi 09:43
81 yaşlı iş adamının şirkətin yalnız bir hissəsinə rəhbərlik edəcəyi gözlənilir.
Mediamaqnat Rupert Mördok özünə məxsus "News Corporation" şirkətlər qrupunun direktorlar şurasından 10-a yaxın rəhbər vəzifədən istefa verib. Bundan sonra "News Corporation" media-biznesin istiqamətlərinə uyğun olaraq 2 hissəyə bölünəcək. Bir şirkət qəzet və kitab nəşriyyatı ilə, digəri isə televiziya və film istehsalı ilə məşğul olacaq. 81 yaşlı Rupert Mördokun televiziya istiqamətinə rəhbərlik edəcəyi gözlənilir.
Qeyd edək ki, "News International"a Böyük Britaniyanın "Times", "Sun" və "Sunday Times" qəzetləri daxildir. Korporasiyanın 2 hissəyə bölünəcəyi barədə hələ iyunda məlumat verilmişdi. Bu bölünmənin telefonların dinlənilməsi qalmaqalı ilə əlaqədar çətin dövr yaşayan və maliyyə çətinlikləri ilə üzləşən Britaniya qəzet biznesi nəhənginin öz gəlirlərini artırmaq cəhdi kimi qiymətləndirilir.
Xatırladaq ki, "News Corporation" və onun yaradıcısı Rupert Mördok şirkətə məxsus "News of the World" qəzetində nəşr olunmuş materialların hazırlanması üçün 6000-dən çox adamın telefon danışıqlarını dinləmələri ilə bağlı böyük qalmaqalla üzləşmişdi. Polis istintaq çərçivəsində bu ilin yanvarında onlarla şübhəlini qısa müddətə həbs etsə də, hələlik heç kimə qarşı rəsmi ittihamlar irəli sürülməyib.
DOSTLARINLA PAYLAŞ: