Mədəndə ölü sayı 166 oldu
14 May 2014 Çərşənbə 06:02
Türkiyədə mədən qəzasında ölənlərin sayı 166 nəfərə çatıb.
ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Mədəndə axtarış və xilasetmə işlərinin hazırda da davam etdiyini deyən Yıldız daha 80 nəfərin xəsarət aldığını, onlardan 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Nazir ölü sayının çoxalacağını istisna etməyib.
Xatırladaq ki, ötən gün Türkiyə Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir. Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir.
Qeyd edək ki, trasfarmatorun yanması nəticəsində mədəndə elektrik enerjisi kəsildiyindən xilasedicilər böyük çətinliklərlə üzləşiblər.
DOSTLARINLA PAYLAŞ: