Sabiq futbolçu Tümer Metin Soma faciəsindən yaralı xilas olan mədənçinin borclarını ödəyib.
Sabiq futbolçu Tümer Metin Soma faciəsindən yaralı olaraq xilas olan mədənçinin borclarını ödəyib.
ANS PRESS-in məlumatına görə, mədənçi bir atanın oğlu olan Tümər Mətin faciədən xilas olduqdan sonra "Ayaqqabılarımı çıxardım, buraları çirkləndirməsin" sözləri ilə hər kəsi duğulandıran Murat Yalçının borclarını ödəyib.
Bir proqrama telefon bağlantısı ilə qoşulan mədənçi borcu olduğu üçün yenidən mədəndə girib çalışmaq məcburiyyətində olduğunu söyləyib. Bu proqramı dinləyən Tümer Metin isə mədənçinin cib nömrəsini taparaq ona zəng edib. Tümer mədənçi ilə əlaqə saxlayaraq "Murat qardaşım artıq sənin borcun yoxdur" deyib.
Tümer Mətin uşaqlıq illərində atasından hər səhər halallığını alaraq yola saldıqlarını söyləyib. O bildirib ki, 1983-cü ildə baş verən mədən faciəsindən sonra illərlə travma yaşayıb. Sabiq futbolçu, Soma faciəsi baş verərkən bu travmanın yenidən canlandığını söyləyib.