Mədən möcüzəsi: 17 gündür itkin düşən 33 nəfər sağdı
23 Avqust 2010 Bazar Ertəsi 23:30
Onların xilas olunması 4 ay çəkə bilər.
Cənubi Amerika ölkəsi olan Çilidə inanılmaz bir hadisə baş verib. 17 gün öncə baş verən mədən qəzasında itkin düşən 33 nəfərin hamısnın sağ olduğu ortaya çıxıb.

Yerin təqribən 700 metr dərinliyində olan mədən işçilərinin içərisində olduğu ehtimal olunan sığınacağa xilasedicilərin salladığı zond aləti yuxarı çəkilərkən heç kəs gözlərinə inanmayıb. Alətə bağlanmış yazıda “biz hamımız, 33-müz də sağıq” deyə qeyd olunub.

Xilasedicilər isə yerin 700 metr dərinliyinə çatmaq üçün təqribən 4 ay vaxt lazım olduğunu bildiriblər. 5 avqustda baş verən qəzanın fəsadlarına aradan qaldıran xilasedicilər mədəndə olanların, oksigen və qida ehtiyatlarının saxlanıldığı sığınacağa çata bildiklərini ümid edirdilər ki, sonda bu ehtimal düz çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar