"Məcnun" satıldı
11 Dekabr 2009 Cümə 20:25
"Royal Dutch Shell" və "Petronas" İraqda keçirilən tenderin qalibi olub
Qərb şirkətləri İraqda yeni gəlir mənbələrinə yiyələnib. İngiltərə-Niderland neft konqlomeratı “Royal Dutch Shell” və Malayziya şirkəti “Petronas” tenderin qalibi olub. İki nəhəng şirkət İraqın ən iri neft yatağı olan “Məcnun”a sahib olub.

Qeyd edək ki, tenderdə 44 şirkət iştirak edib. Hazırda yataqda gün ərzində 46 min barrel neft çıxarılır. Lakin "Shell" və "Petronas" bu kəmiyyəti 1,8 milyon barrelə çatdırmaq niyyətindədir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar