MDB xarici işlər nazirləri aprelin 8-də Kiyevdə görüşəcək
28 Mart 2011 Bazar Ertəsi 17:41
İclasın gündəliyinə 13 məsələ daxil edilib
MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası aprelin 8-i Kiyevdə keçiriləcək. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

Müzakirəsi nəzərdə tutulan məsələlər arasında MDB-nin 20 illiyi və Böyük Vətən Mübaribəsinin başlanmasının 70 illiyinə hazırlıq, humanitar sahədə dövlətlərarası əməkdaşlıq, elm və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət, həmçinin Birliyin digər fəaliyyət istiqamətləri üzrə təhlükəsizlik və əməkdaşlıq məsələləri var.



DOSTLARINLA PAYLAŞ:

oyunlar