MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıya toplanıb
15 Fevral 2011 Çərşənbə Axşamı 12:37
Paytaxtda Dəmir Yolu Nəqliyyatı Şurasının səlahiyyətli nümayəndələrinin növbəti toplantısı keçirilir.
Bu gündən başlayaraq fevralın 18-nə qədər Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının səlahiyyətli nümayəndələrinin növbəti toplantısı keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, toplantıda “2011-2012-ci illər üçün Beynəlxalq istiqamətdə yük qatarlarının və konteynerli vaqonların tərtibi məsələləri” müzakirə olunur.
Toplantının birinci iş günü giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin 1-ci müavini Əlirza Süleymanov çıxış edərək qonaqları salamlayıb, sonra Azərbaycan Dəmr Younun hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. O, “Şimal - Cənub” və “Bakı - Tiflis – Qars” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlər haqqında danışıb.
Sonra MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının hərəkət heyətinin istismarı işinin əlaqələndirməsi Departamentinin rəhbəri Aleksandr Mişuranın sədrliyi ilə müzakirələr başlanıb.
Qeyd edək ki, Rusiya, Litva, Estoniya, Latviya, Belorus, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna dəmiryolçularının qatıldığı tədbir fevral ayının 18-ə kimi davam edəcək və sonda müvafiq protokol imzalanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: