Mazda hörümçək toru səbəbilə 75 min avtomobil geri çağırır
05 Mart 2011 Şənbə 05:21
Ceremi Barns “Mazda-6” modelinin yanacaq çəninin sarı hörümçəkləri cəlb etdiyini bildirib
Məşhur avtomobil markası “Mazda” yanacaq çənində meydana gəlimş qeyri-adi nasazlıq səbəbilə 50 mindən çox avtomoli geri çağıracaq. BBC-nin məlumatına görə, yapon avtomobil şirkətinin rəsmisi Ceremi Barns “Mazda-6” modelinin yanacaq çəninin sarı hörümçəkləri cəlb etdiyini bildirib.

Qeyd edək ki, sarı hörümçəklər bu modelin yanacaq çənində tor qururlar. Şirkət rəsmisi Barns indiyə qədər 20 belə hal baş verdiyini, hörümçəklərin bu avtomobilləri niyə seçdiyini tapa bilmədiklərini deyib.

Şirkət hörümçək torlarının yanacaq çənində təzyiq yaradaraq çatlaq yaradacağını hesab edir. Şirkət hörümçəklərin yanacaq çəninə girməsinin qarşısını alacaq sistem hazırlayacaqlarını da bildirib.

Məlumatda “Mazda”nın ABŞ-da 50 000, Kanada, Meksika və Porto Rikoda olan 15 000 avtomobili geri toplayacağı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar