Maykl Ceksonun şəxsi əşyaları 1 milyon dollara satıldı
18 Dekabr 2011 Bazar 13:24
Hərracda əldə edilən gəlir gözləniləndən 3 dəfə artıq olub.
Dünyanın pop kralı Maykl Ceksonun vəfatınadək son günlərini keçirdiyi malikanəsindəki şəxsi əşyaları hərraca çıxarılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əşyalar 1 milyon dollara satılıb. "Julien's Auctions” auksion evinin rəhbərliyi 2009-cu ilin iyun ayında dünyasını dəyişən sənətçinin 3 övladı ilə birlikdə yaşadığı malikanədən əşyaların gün boyu satıldığını bildirib.

Daha öncə əşyalardan gələn gəlirin 200-400 min dollar olacağı proqnozlaşdırılsa da satış zamanı gələn gəlir bu məbləğdən 3 dəfə artıq olub.

MayklCeksonun uşaqları tərəfindən yazılan yazı lövhəsi 5 min dollara, müğnninin şəxsən güzgüsünə qeydlər etdiyi qardirob isə 18 min 750 dollara satılıb.

Qeyd edək ki, müğənninin 50 yaşında olarkən üstündə can verdiyi yatağın balıncı ailə üzvlərinin xahişi ilə hərracdan çıxarılıb. Pop kralının ilkin qiyməti 400-600 dollar olan yataq örtüyü, döşəyi isə 15 min 360 dollara satılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar