Maykl Ceksonun həkiminə ittiham elan olunub
09 Fevral 2010 Çərşənbə Axşamı 01:00
Maykl Ceksonun həkimini ehtiyatsızlıqdan adam öldürməkdə şübhəli bilirlər
Mərhum müğənni Maykl Ceksonun həkimi Konrad Mürreyə eştiyatsızlıqdan adam öldürmə cinayəti ilə bağlı ittiham irəli sürülüb. Əgər məhkəmə ölüm anında “pop kralı”nın yanında olan kardioloqu təqsirli bilsə, o, dör il müddətinə azadlıqdan məhrum edilə bilər. Konrad Mürreyin vəkili Ed Çernoff bəyan edib ki, həkim özünü təqsirli bilmir.
İttiham tərəfi isə hesab edir ki, Maykl Ceksonun ölümünə güclü anestetik propofol və digər sakitləşdirici dərmanlardan yaranan intoksikasiya (orqanizmin zəhərlənməsi) səbəb olub. Həmin iynələri müğənniyə həkim vurub ki, yata bilsin.
Maykl Cekson Konrad Mürreylə 50 konsertlik çıxışdan əvvəl müqavilə bağlayıb ki, onun köməkliyi ilə “pop musiqisinin kralı” kimi səhnəyə qayıda blilsin. Lakin müğənni ilk konsertindən iki həftə əvvəl-25 iyun 2009-cu ildə 50 yaşında dünyasını dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: