Maydanda atəş açan snayperlər təyin edildi
21 Mart 2014 Cümə 10:39
Snayperlərin ad və soyadları barədə məlumat verilməsə də, onların Ukrayna vətəndaşları olduğu bildirilib.
Ukrayna baş prokurorluğu Maydanda atəş açan snayperləri təyin edib. ANS PRESS-in məlumatına görə, bu barədə "5-ci kanal" a açıqlamasında Ukrayna baş prokuroru Oleq Maxnitskiy məlumat verib.

Baş prokurorluğdan snayperlərin ad və soyadları barədə məlumat verilməsə də onların Ukrayna vətəndaşları olduğu bildirilib.

Ukraynanın sabiq təhlükəsizlik xidmət rəisi Aleksandr Yakimenkonun sözlərinə görə, Filarmoniyanın binasındakı snayperlər faktiki olaraq Daxili İşlər Nazirliyinin əməkdaşlarının hücumlarına dəstək verirdilər.

Qeyd edək ki, Kiyevdə insanları güllələyən snayperlər Avropa Parlamentində müzakirə edilib. Bəzi tərəflərin kəskin etirazına səbəb olan hadisələr AB-də fikir ayrılıqlarına səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar