Mavi Mərmərə üçün komissiya yaradıldı
30 Mart 2013 Şənbə 11:50
Bunu Türkiyənin Avropa Birliyi naziri İsrailin Türkiyədən üzr istəməsini böyük siyasi uğur adlandırıb.
"Mavi Mərmərə gəmisinə hücum zamanı ölənlərin ailələrinə təzminat ödənməsi üçün komissiya yaradılıb". Bunu Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış Mədəniyyət Mərkəzində Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantısında deyib. ANS PRESS-in "CNNTürk"-ə istinadən verdiyi xəbərə görə, o, İsrailin Türkiyədən üzr istəməsini böyük siyasi uğur adlandırıb.

İsrail tarixində ilk dəfə üzr istənildiyini deyən Bağış məsələnin təkcə bununla bitmədiyini, həmçinin digər şərtlərin də qəbul edildiyini söyləyib:

“Mavi Mərmərə hücumunda 9 həmvətənimiz şəhid olub. 10-cu vətəndaşımız isə yatağa düşüb və müalicəsi yoxdur. Bu 10 nəfərin yaxınlarının haqqı olduğu təzminatı ala bilmələri üçün komissiya yaradılıb. İsrail tərəfindən İsrailin ədliyyə naziri, Türkiyənin baş nazirinin köməkçisi Bülent Arıncın rəhbərliyi ilə ədliyyə naziri və digər nümayəndələr bir yerdə çalışacaqlar. Önümüzdəki həftə bununla bağlı toplantının keçirilməsi nəzərdə tutulub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar