MasterCard və Visanın saytlarını dağıdan haker tutuldu
10 Dekabr 2010 Cümə 11:10
Şübhəli bilinən 16 yaşlı yeniyetmə Niderland polisi tərəfindən saxlanılıb
Niderland polisi “MasterCard” və “Visa” beynəlxalq ödəniş sistemlərin internet saytlarına kiderhücumda şübhəli bilinən 16 yaşlı bir yeniyetməni saxlayıb. Adı açıqlanmayan haker Haaqa şəhərində saxlanılıb. Bu barədə ölkə prokurorluğunun bəyanatında deyilir. Amma hələ ki, onun bu kiberhücumları təşkil edən qrupda hansı rolu oynadığı məlum deyil.
Qeyd edək ki, dünən beynəlxalq haker qrupu “MasterCard” və “Visa” kimi iri ödəniş sistemlərinin işini sıradan çıxarıb. Hakerlərin hücumu nəticəsində “MasterCard”ın fəaliyyəti tam olaraq dayanıb. Özünü "soyuqqanlı" ləqəbi ilə təqdim edən haker “WikiLeaks” internet saytının rəhbəri Culian Assancın Londonda həbs edilməsi ilə bağlı bu saytla əməkdaşlığını dayandırmış bütün aparıcı dünya banklarının sistemlərini sıradan çıxaracağını bildirib. Onun sözlərinə görə, hücuma həmçinin Assancın həbsində əli olan bütün dövlət orqanlarının serverləri məruz qalacaqlar. Bu siyahıya başlıca olaraq İsveç prokurorluğu da aiddir.
DOSTLARINLA PAYLAŞ: