Maşinistlərin gəlin maşını tramvay oldu
03 Aprel 2011 Bazar 03:00
Maşinist olan cütlük gəlin maşını əvəzinə şəhər mərkəzində yeni fəaliyyətə başlayan bəzədilmiş tramvaydan istifadə edib.
Türkiyə Qaziantep vilayətində qeyri-adi gəlin gətirmə mərasimi baş tutub. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, maşinist olan cütlük gəlin maşını əvəzinə şəhər mərkəzində yeni fəaliyyətə başlayan bəzədilmiş tramvaydan istifadə edib. Belə ki, 29 yaşlı Zeynəb Tülin Taşdemir və 32 yaşlı Ümid Ergören iş yoldaşları və mətbuat nümayəndələri ilə birlikdə ilk dayanacaqdan son dayanacağa qədər Qaziantep şəhərində gəzintiyə çıxıblar. Cütlüyün bu gəzintisini hadisəyə şahid olan şəhər sakinləri alqışları ilə müşayiət ediblər. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar