Maşını səhrada xarab oldu, həyatı dəyişildi
10 May 2010 Bazar Ertəsi 04:20
Saad Əl Kahtani yoldan keçənlərin və çobanların verdiyi ərzaqla yaşadığını bildirib.
Səudiyyə Ərəbistanında Məkkə ilə Ciddə arasındakı səhradan keçərkən cipi xarab olan Saad Əl Kahtani 18 ildir səhrada yaşayır. Ailəsi olmayan 61 yaşlı Kahtani çöldə tək yaşadığı üçün çox xöşbəxt olduğunu deyib. “İctimaiyyətdən uzaq yaşamaq çox gözəl şeydir”.

Saad Əl Kahtani yoldan keçənlərin və çobanların verdiyi ərzaqla yaşadığını bildirib: “Yoldan keçənlər və ətrafda olan çobanlar mənə yemək içmək verirlər. Əvvəllər gecə qarovulçusu idim, səhhətimə görə işdən çıxdım. Sonra çoban oldum, bu dəfə də sürünü itirmişdim”.

Kahtani ailə qurmaq istədiyini amma bunun üçün lazım olan şərtlərə sahib olmadığını deyib: “Ailə qurmağı çox istəyirdim. Amma bir qadına normal həyat şərtlərini təmin edəcək imkanım olmadı”.
Onu ziyarət edənləri qumun üstünə sərdiyi xalçalarda qəbul edən Kahtani özü avtomobilin oturacağında oturur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar