Marsda həyatın olmasına ümid artır
27 Sentyabr 2013 Cümə 21:05
“Curiosity” planetin səthinin 2%-də su olduğunu ortaya çıxarıb.
Amerika Kosmik Agentliyi NASA-nın Marsa göndərdiyi kəşfiyyat aparatı “Curiosity” tərəfindən göndərilmiş örnəklər planetin səthinin 2%-də su olduğunu ortaya çıxarıb.
ANS PRESS "Science" jurnalına istinadən bildirir ki, bununla da "Qırmızı planet"də həyatın olmasına ümidlər yenidən yaranıb. Örnəkləri araşdıran Nyu-York Renselir Politexnik İnstitutunun əməkdaşı Laura Leşin planetdə bu qədər su olmasının çox həyəcanverici olduğunu bildirib.
L. Leşin dediyinə görə, örnəklərin 835 dərəcəyə qədər artırılması nəticəsində karbon-oksid, oksigen, kükürd birləşmələrinin olduğu da ortaya çıxıb.
DOSTLARINLA PAYLAŞ: