Marqaret Tetçerin dəfninə 5,6 milyon dollar xərclənib
26 Aprel 2013 Cümə 03:05
"Daily Telegraph": "Dəmir ledi"nin dəfni hər bir vergi ödəyicisinə 6 pensə başa gəlib.
Aprelin 17-də Marşarket Tetçerin dəfninə dövləti büdcəsindən 3,6 milyon funt sterlinq (təxminən 5,6 milyon dollar) xənclənib. Bu barədə məlumatı Böyük Britaniya hökuməti açıqlayıb.

Ən çox vəsait polis patrulu və digər təhlükəsizlik tədbirlərinə səfr edilib - 1,1 milyon funt (1,6 milyon dollar). Protokol xərclərinə - dəvətlərin göndərilməsi, 2000-dən çox qonağın qəbul edilməsinə 500 min funt (765 min dollar) xərclənib.

Bununla belə, Marqaret Tetçerin qohumlarının xərclədiyi vəsaitin məbləği bu günədək açıqlanmayıb. Ailə üzvləri çiçəklərin və dəfn bürosunun pulunu özləri ödəyiblər.

"Deyli teleqraf" qəzetinin hesablamalarına görə, 88 yaşında dünyasını dəyişən "Dəmir ledi"nin dəfni hər bir vergi ödəyicisinə "cəmi 6 pensə" (9 sent) başa gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar