Mark Sukerberqin “Facebook” hesabı bağlandı
13 May 2011 Cümə 04:25
“Facebook”un qurucusu ilə eyni ad və soy ada sahib Sukerberqin bu addan istifadə edən dələduz olduğu hesab edilib
Mark Sukerbergin sosial şəbəkə saytı “Facebook”da olan hesabəı bağlanıb. Buna səbəb isə İndiana ştatından olan Sukerberqin şəbəkənin qurucusu Sukerberqi təqlid etdiyi fikri olub. Belə ki, sosial şəbəkənin nəzarətçiləri “Facebook”un qurucusu ilə eyni ad və soy ada sahib vəkil Mark Sukerberqin bu addan istifadə etməyə çalışan dələduz olduğunu hesab edib.
Qeyd edək ki, 49 yaşlı vəkil Sukerberq öz şəxsiyyətini sübuta yetirmək üçün "Iammarkzuckerberg.com" (Mən Mark Sukerberqəm) adlı sayt yaradıb. Saytda öz vəkillik bürosunu da reklam edən Sukerberq “Facebook”un qurucusundan daha əvvəl populyar olduğunu deyib: “2004-cü ildə “Google”də Mark Sukerberq yazsaydınız məni tapardınız. Yəni vəkil Mark Sukerberq. İki ildən sonar eyni ad və soyad “Google”də yazıldığı vaxt isə artıq mən çıxmırdım. Yəni mənim adım artıq mənə aid deyildi”.
Vəkil Mark Sukerberq həmçinin social şəbəkə saytı “Facebook”u xoşlamadığını deyib.
DOSTLARINLA PAYLAŞ: