Marianne: Sarkozi əylənmək üçün yeni bir oyun çıxardı
04 Yanvar 2012 Çərşənbə 07:25
Fransa prezidenti ölkənin ən əhəmiyyətli mükafatı olan Fəxri Legion ordenini Hollivud aktrisasına verir.
Fransa prezidenti Nikolas Sarkozinin məşhur Hollivud aktrisası Salma Hayekə Fəxri Legion (Legion d’honneur) ordeni vermək istəməsi ölkədə narazılıqla qarşılanıb. İlk etirazı keçmiş siyasətçi Anri Torre bildirib. Saqbiq maliyyə naziri 78 yaşlı Torre daha əvvəl özünə də verilən bu ordeni geri qaytarıb. Sabiq nazir layiq olmayan birinə verildiyi üçün bu ordenin heç bir əhəmiyyətinin qalmadığını deyib.

Siyası “Marianne” jurnalı Sarkozinin əylənmək üçün yeni bir oyun çıxardığını yazıb.

“L’Express” jurnalının internet saytında mövzu ilə əlaqəli xəbərdə “Napaleon Bonabart qəbrində tərsinə çevrildi”, “Tenten və iti Miloya da (çizgi film qəhramanları) orden verək” yazıb.

Bu qərarı tənqid edənlər Hayekin əri milyoner işadamı Fransua Anri Pinonun Sarkozinin yaxın dostu olduğunu xatırladıb.

Qeyd edək ki, bir neçə həftəyə qədər Yelisey sarayında ailə daxilində keçiriləcək bir mərasimlə Fəxri Legion ordeninin Salma Hayekə veriləcəyi bildirilir.

Xatırladaq ki, ilk dəfə 1804-cü ildə Napaleon tərəfindən Fransaya xidmət etmiş insanlara verilən orden bu ölkənin ən əhəmiyyətli mükafatı hesab olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar