Mardan Palace otelində 5 milyon dollarlıq toy oldu
10 İyul 2011 Bazar 05:44
Mardan Palace otelində 5 milyon dollarlıq toy oldu. Qız evi isə Hindistan ənələrinə görə, oğlan evinə 15 milyon avro başlıq verib.
Türkiyənin Antalya şəhərində Azərbaycan əslli işadamı Telman İsmayılova aid “Mardan Palace”də 5 gün 5 gecə toy olub. Məlumata görə, evlənənlər hindistanlı işadamları Bansal və Kanodia ailələrinin övladları Dipak və Payaldır.

Bəy Dipak toyun olduğu məkana atla, gəlin Payal isə xüsusi bir qolf avtomobili ilə aparılıb. Bəyin qohumları isə toyun olduğu yerə qədər olan 250 metrlik məsafəni oynayaraq 2.5 saatda qət edib.

Qeyd edək ki, 5 milyon dollar olan toy məsrəfini qız evi qarşılayıb, bundan başqa qız evi Hindistan ənələrinə görə, oğlan evinə 15 milyon avro başlıq verib.

Toyun təşkili barədə mətbuata açıqlama verən “Mardan Palace”nin baş aşpazı Levent Karahan toyda 140 nəfəri türk, 30 nəfəri hindistanlı olmaqla 170 aşpazın yemək hazırladığını bildirib.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar