Maradona prezidenti məhkəməyə verir
25 Dekabr 2010 Şənbə 16:10
Argentina Futbol Federasiyasının rəhbəri dilinin bəlasına düşüb
Argentina milli komandasının sabiq baş məşqçisi Dieqo Maradona yenidən diqqət mərkəzinə düşüb.
Əfsanəvi futbolçu Argentina Futbol Assosiasiyasının prezidenti Xulio Qrondonanı məhkəməyə verməyə hazırlaşdığını bildirib. Maradonanın bu addımı atmasına səbəb prezidentin mətbuatda onun haqda dedikləri olub. Belə ki, Qrondona Maradonanın narkotik və spirtli içki qəbuluna davam etdiyini söyləyib.
Maradona bununla bağlı artıq öz vəkilləri ilə əlaqə saxladığını bildirib. 79 yaşlı Xulio Qrondona isə Dieqo Maradonanın sözlərinə ciddi yanaşmadığını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: