Maqnitski siyahısı genişlənir?
24 Aprel 2013 Çərşənbə 15:12
ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı Moskva-Vaşinqton qarşıdurmasının təfərrüatlarını araşdırıb.
Rusiya ilə ABŞ arasında olan və Maqnitski siyahısı kimi tanınan qalmaqal davam etməkdədir. Bu dəfə Rusyada Moskva məhkəməsi ölən hüquq fəalı Sergey Maqnitskinin keçmiş rəhbəri, Böyük Britaniyada mənzillənən Hermitage Fondunun rəhbəri Uilyam Brouderə qarı həbs qəti imkan tədbiri seçib. ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı Moskva-Vaşinqton qarşıdurmasının ABŞ-dan necə görünməsini araşdırıb.
Konqres Maqnitski siyahısını genişləndirmək və buraya yüksək vəzifəli məsul şəxslərin adlalrını daxil etməyə təzyiq göstərir. Dövlət Departamenti isə bu sahədə işin həqiqətən də aparılıb-aparılmadığını nə təsdiq, nə də inkar edir. Görünür, Departament ABŞ-ın sanksiya verdiyi şəxslərin siyahısının böyüməsinin Moskvanı daha da sərt addımlara sövq etməsindən ehtiyat edir. Hadson İnstututunun Rusiya-ABŞ münasibətləri üzrə eksperti Devid Setter hesab edir ki, siyahı 18 nəfərlə bitməməlidir, sanksiya tətbiq olunacaq adam daha çoxdur: “Sergey Maqnitskinin qətlinə görə, məsuliyyət daşıyan adamlar yeganə günahkarlar deyil. Doğrudur, onlar birbaşa şərait yaradıblar ki, Maqnitski ölsün. Lakin bu cinayətlərin baş verməsinin əsas səbəbkarı sistemin özüdür. Cinayəti törədənlərdən başqa ona yardım edənləri də cəzalandırmaq lazımdır. Odur ki, siyahını genişləndirmək istəyi başa düşüləndir”.
Bəs bu, Rusiya tərəfindən yeni cavab aktlarına səbəb olmayacaqmı? Müşahidəçilər hesab edirlər ki, rusiyalı uşaqların Amerikada övladlığa götürülməsini qadağan etmək və Amerikadan pul alan siyasi qeyri-hökumət təşkilatlarının fəaliyyətini dayandırmaq cəhdləri ABŞ-ın Maqnitski siyahısına cavab addımlarıdır. Bununla belə, ekspert Devid Setter bu siyahının mühüm təzyiq vasitəsi olması qənaətindədir: “Bu, çox vacibdir. Ruslar öz vətəndaşlarının hüqqlarını bundan sonra da poza bilərlər. Lakin Rusiyanın elitası üçün Qərbə çıxışın bağlı olması əhəmiyyətlidir və bu, onlara təzyiq göstərməyin vacib yoludur”.
Sergey Maqnitskinin 2009-cu ildə həbsxanada ölməsi Moskvanın London və Vaşinqtonla münasibıtlərinin soyuqlaşmasına səbəb olan beynəlxalq qalmaqal yaradıb. Moskva məhkəməsinin qərarı ilə ABŞ-da doğulan britaniyalı biznesmeninin Rusiayaya ekstradisiya olunmaq ehtimalı real görünməsə də, çoxlarını bir məsələ maraqlandırır. Bütün tərəflərdə emosiyaların qızışdığı bir vaxtda kriminalların ədalətə çatdırılması mümkün olacaqmı? Və bu halda kriminallar kimlərdir?
DOSTLARINLA PAYLAŞ: