Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarəçilər Şurasının cümə axşamı keçirilən qapalı sessiyasında yaponiyalı Yukiya Amanonu təşkilatın yeni baş direktoru seçilib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Amano qələbə üçün lazım olan səslərin 2/3 hissəsini əldə edib. Belə ki, onun namizədliyini 23 Şura üzvü dəstəkləyib.
Xatırladaq ki, Amano bu vəzifədə 1997-ci ildən quruma rəhbərlik edən Məhəmməd əl-Baradeyini əvəz edəcək.
Baradeyinin səlahiyyət müddəti 2009-cu ilin noyabrında başa çatır. /ANS PRESS/