MAQATE-yə rəhbərliyə beş nəfər iddia edir
26 May 2009 Çərşənbə Axşamı 11:25
MAQATE-yə rəhbərlik vəzifəsinə namizəd sentyabr ayında təsdiqlənəcək

Atom enerjisi üzrə beynəlxalq agentliyin (MAQATE) idarə heyətinin bugünkü iclasında təşkilata rəhbərliyə beş iddiaçı öz namizədliklərinı dəstək üçün təqdimat mərasimi keçirəcəklər. Bu barədə Azadlıq Radiosu məlumat verib.

Vəzifəyə namizəd beş nəfərdir. Bunlar Jan–Pol Ponsele (Belçika), Yukiya Amano (Yaponiya), Ernest Petriç (Sloveniya), Abdul Samad Minti (CAR) və Luis Eçavaridir (İspaniya).

MAQATE–nin hazırki baş katibi Məhəmməd əl-Baradeyinin vəzifə vaxtı bu il 30 noyabrda bitir. Onun xələfi bu vəzifəyə təşkilatın sentyabr ayında baş tutacaq baş konfransın növbəti sessiyasında təsdiqlənməlidir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar