Koreya Xalq Demokratik Respublikası hökuməti atom enerjisi üzrə beynəlxalq agentliyin (MAQATE) müfəttişlərindən ölkədən çıxmağı tələb edib. Bu barədə məlumatı Amerikanın «Wall Street Journal» nəşrinin internet saytı yayıb. Rəsmi Pxenyan bununla beynəlxalq müfəttişləri Yonbyon şəhərindəki tədqiqat reaktoruna nəzarət imkanından məhrum edir.
ABŞ rəsmiləri isə Şimali Koreya hakimiyyətini nüvə roqramı ilə bağlı «altılıq» çərçivəsində danışıqları davam etdirməyə çağırıb. ABŞ DÖvlət Departamentinin nümayəndəsi Robert Vud bəyan edib ki, rəsmi Pxenyanın danışıqlara qayıtması vacibdir. Xatırladaq ki, Şimali Koreya hakimiyyəti danışıqlar prosesini tərk etdiyini və nüvə texnologiyalarının işlənməsini davam etdirəcəyini bəyan etmişdi. /ANS PRESS/