Manyak qatilin edamı
13 Noyabr 2010 Şənbə 18:35
16 nəfəri qətlə yetirən manyak edam edilib
İranın Xozestan vilayətinin Abadan və Xorəmşəhr şəhərlərində 16 nəfəri qətlə yetirən şəxs bu gün Əhvaz şəhərində edam edilib. APA-nın “news.police”ə istinadən yaydığı məlumata görə, Fərid adlı şəxs ardıcıl olaraq 15 qadın və 1 oğlanı qətlə yetirib. 40 yaşlı qatil bu gün qətlə yetirilən şəxslərin qohumlarının və Əhvaz şəhər baş hakiminin iştirakı ilə Karun cəzaçəkmə müəssisəsinin həyətində dar ağacından asılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar