Manuçöhr Mottəki: “İsrailin İrana hücum etməyə cürəti çatmaz”
14 İyul 2010 Çərşənbə 12:10
“İsrail uzun illərdir regionda təcavüzkar siyasəti ilə ad çıxarıb, lakin bu rejimin İrana hücum etməyə cürəti yoxdur”.
APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Manuçöhr Mottəki Madriddə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İsrail rejimi Qəzza zolağına yardım aparan “Azadlıq karvanı” gəmilərinə hücum etməklə bir daha cinayətkar mahiyyətini ortaya qoyub: “Bu rejim yalnız köməksiz, ehtiyaclı insanları əzməyi bacarır. Heç kimsə bir köklü ölkəni yer üzündən silə bilməz. İran böyük tarixi keçmişə malik bir ölkədir. Bizim ölkə dəfələrlə təcavüzə məruz qalıb, amma biz heç bir ölkəyə təcavüz etməmişik. İsrailin İrana hücum etməyə cürəti yoxdur və hücum edə bilməz”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: