Manuçöhr Mottaki: "İsrail Fələstin danışıqları qeyri-qanunidir"
04 Sentyabr 2010 Şənbə 18:40
İran ABŞ-ın vasitəçiliyə inanmır.
ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstin arasında danışıqlar qeyri-qanuni və mümkünsüzdür. Belə bir bəyanatla İranın xarici işlər naziri Manuçöhr Mottaki çıxış edib. Bəyanatını əsaslandırmağa çalışan İran xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ilk növbədə bu danışıqları mümkünsüz edən Fələstin lideri Mahmud Abbasın səlahiyyətlərinin vaxtının bitməsidir. Mahmud Abbasın nəyə əsasən danışıqlarda iştirak etməsi İran XİN rəhbərinin olduqca böyük təəccübünə səbəb olub.

Manuçöhr Mottaki həmçinin rəsmi Qüdsü heç vaxt ərəb tərəfinin tələblərini yerinə yetirməməkdə ittiham edib.

Xatırladaq ki, sentyabrın 2-3-də Vaşinqtonda Fələstin-İsrail danışıqlarının yeni mərhələsi başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar