Maniken kimi gəzən qadınlar həbs olunacaq
29 Aprel 2010 Cümə Axşamı 11:20
Tehranın polis rəisi qəribə bəyanatla çıxış edib.
İranda maniken kimi gəzən və Günəşdə qaralan qadınlar həbs ediləcək. Türkiyə mətbuatının məlumatına görə, bunu Tehranın polis rəisi Hüseyin Sacedinia bildirib.

Onun sözlərinə görə, bəzi qadınlar İslam qaydalarını pozur. “Xalq bizdən tərbiyəsiz davranışlar nümayiş etdirən, islami dəyərlərə qarşı çıxan qadın və kişiləri görəndə onlara münasibətdə sərt davranmağımızı gözləyir. Tehranın şimalında bəzi bölgələrdə Günəşdə qaralmış və maniken kimi gəzən gənc qızlar görürük. Biz buna biganə qala bilmərik".

H.Sacedinia ilk dəfə bu qızlara xəbərdarlıq ediləcəyini bildirib. Əgər belə hal təkrarlansa onda onlar həbs ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar