Mandelanın silahdaşını Amerikaya buraxmadılar
28 Oktyabr 2013 Bazar Ertəsi 19:47
Aparteidlə mübarizənin veteranı Tokio Seksvale keçən həftə Kennedi hava limanında saxlanıb.
Cənubi Afrika hökumətinin keçmiş naziri, aparteidlə mübarizənin veteranı Tokio Seksvalenin Nyu-York hava limanında saxlanması Pretoriyanın sərt tənqidinə səbəb olub.

ANS PRESS “BBC”yə istinadən bildirir ki, Seksvale keçən həftə Con Kennedi hava limanında saxlanıb. Onun adı hələ də ABŞ hökumətinin terrorizmdə şübhəli bilinən şəxslərin adının yer aldığı “qara siyahıda” yer alır. Cənubi Afrika Respublikası (CAR) çoxdan ABŞ-ı Afrika Milli Konqresinin yüksək çinli funksionerlərinin ölkəyə girişinə qadağanı götürməyə çağırır. Onlar “qara siyahıya” aparteidə qarşı mübarizədə iştiraka görə düşüblər.

Aparteid zamanında Tokio Seksvale CAR-ın əfsanəvi qara dərili lideri Nelson Mandela ilə eyni türmədə yatıb. ABŞ Nelson Mandelaya giriş icazəsini yalnız 2008-ci ildə verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar