Malinin devrilmiş prezidenti Seneqal səfirliyində gizlənib
19 Aprel 2012 Cümə Axşamı 01:00
Ölkədə isə hərbçilər tanınmış siyasətçilərin həbsini davam etdirir.
Malinin devrilmiş prezidenti Amadu Tumani Ture Seneqalın Malinin paytaxtı Bamakodakı səfirliyində gizlənib. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu Seneqal prezidenti Maki Sal bildirib. Dövlət başçısının sözlərinə görə, bir sıra tanınmış malili siyasətçilərin həbsi narahatlıq yaradır.

Bu arada isə Malidə hərbçilər daha iki siyasətçini həbs ediblər. Baxmayaraq ki, ölkənin yeni baş naziri artıq hökumətin formalaşdırılmasına başlayıb. Qərbi Afrika ekspertləri bildirirlər ki, hakimiyyətdən rəsmən imtina edən hərbi xunda ölkənin mülki hökumətini qəbul etmir.

Malidə martın 22-də hərbçilər çevriliş edərək, prezident Amadu Tumani Tureni hakimiyyətdən uzaqlaşdırıblar. Bundan sonra Qərbi Aırika ölkələri Maliyə qarşı sanksiyalar tətbiq edib və xunta hakimiyyəti mülki hökumətə təhvil verməyə razılaşıb.

Aprelin 9-da məlum olub ki, prezident rəsmən istefa verib. Aprelin 17-də isə xunta Microsoft Corp. Şirkətinin Afrika şöbəsinin rəhbəri Şeyk Modibonu baş nazir elan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar