Malinin baş naziri istefa verdi
31 Mart 2011 Cümə Axşamı 03:46
Yeni hökumət yaxın vaxtlarda formalaşdırılmalıdır
Mali Respublikasının baş naziri Modibo Sidibe ölkədəki prezident seçkilərinə bir il qalmış istefa ferib. Məlumatı bu gecə “Reuters” agentliyi prezident Amadu Tumani Turenin kommünikesinə istinadən yayıb. 2007-ci ildən Mali hökumətinə başçılıq edən Modibo Sidibenin istefasının səbəbləri məlum deyil. Prezidentin sözlərinə görə, yeni hökumət yaxın vaxtlarda formalaşdırılacaq.
Amadu Tumani Ture 2002-ci ildən Mali prezidentidir və 2007-ci ildə sonuncu müddətə dövlət başçısı seçilir. O dəfələrlə bəyan edib ki, 2012-ci ildəki prezident seçkilərində iştirak etmək hüququ qazanmaq üçün Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil.
Mali bölgənin iri pambıq ixracatçısıdır və Afrikada qızıl hasilatının həcminə görə üçüncü yeri tutur.
DOSTLARINLA PAYLAŞ: