Malayziya ve İndoneziya qatı tüstü dumanı içinde
23 İyun 2013 Bazar 20:46
Artıq çirklənmə ilə əlaqədar Malaziyada fövqaladə vəziyyə elan edilib.
Indoneziyada baş verən meşə yanğınları Malayziya və Sinqapuru qatı tüstü dumanına bürüyüb. Malayziyanın Cohor ştatının 2 rayonunda yaranmış vəziyyətlə əlaqədar fövqaladə vəziyyət elan edilib.

Yerli Ekologiya Nazirliyinin verdiyi məlumata əsasən, təhlükəli çirklənmə səviyyəsi müvafiq indeksə görə 300 vahid olsa da, artıq çirklənmə 750 vahidə çatıb. Normalda insanlarla sıx olan Kuala-Lumpur və bir çox şəhər, qəsəbələr, hazırda sanki sükunətə qərq olub. Qatı tüstülü duman səbəbilə sakinlərin çoxu çölə çıxmır.

Malayziya və Sinqapurun əhalisi artıq bir həfətədir ki, görülməmiş tüstü dumanı ilə üzləşib. Hava çirklənməsinin təhlükəli səviyyəyə çatmasına səbəb, İndoneziyanın Sumatra adasında törədilən meşə yanğınlarıdır. Ada sakinləri palma yağı plantasiyalarının ətrafında əraziləri boşaldmaqdan ötrü, çox vaxt ağacları bilərəkdən oda verir.

Bu təcrübə qanunsuz olsa da, İndoneziya hökuməti baş verənlərə çox vaxt göz yumur. Rəsmi Cakarta Cənub-şərqi Asiyada qatı tüstü-dumanın yaranmasında Malayziya və Sinqapurda qərarlaşmış şirkətlərin də az təqsirkar olmadığını bildirir. Bununla belə, İndoneziya hökuməti artıq yanğınları söndürməkdən ötrü fəlakət zonaları üzərində süni yağışlar tətbiq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar