Malavinin tarixində ilk qadın prezident and içdi
08 Aprel 2012 Bazar 03:26
Yeni prezident qadın hüquqları uğrunda mübariz kimi tanınır
Malavinin keçmiş aitse-prezidenti Coys Banda Cənubi Afrika ölkələrinin tarixində ilk qadın prezident kimi and içib. Ölkə prezidentinin vəfatından sonra Malaviyə o rəhbərlik edəcək.

Malavinin bundan əvvəlki lideri Binqu Va Mutarika iki gün əvvəl paytaxt hospitalında ürək tutmasından dünyasını dəyişib. Ölkə Konstitusiyasına görə, prezidentlik müddətinin sonunadək ölkəyə rəhbərliyi vitse-prezident öz üzərinə götürür.

Binqu Va Mutarika 2009-cu ilin mayında ikinci müddətə prezident seçilmişdi. Analitiklərin fikrincə, əvvəllər Dünya Bankında işləmiş Va Mutarikanın qələbəsində ölkənin iqtisadi inkişafındakı uğurları rol oynayıb. Onun Malavinin tam ərzaq ixracatçısına çevirməsinə baxmayaraq, Malavidə üç il dalbadal 7 faizdən çox ümumi daxili məhsul artımı müşahidə edilib. Nüfuzlu Economist Intelligence Unit agentliyinin məlumatına görə, Malavi 2009-cu ildə iqtisadi yüksəliş tempinə görə dünyada ikinci yeri tutub və yalnız Qətərdən geri qalıb. Siyahıda üçüncü yeri Monqolustan tutub.

Coys Banda 2009-cu ildə Malavinin tarixində vitse-prezident postunu tutan ilk qadın olub. O, bu vəzifəyə təyin olunmazdan əvvəl üç il ərzində xarici işlər naziri işləyib. Yeni prezident qadın hüquqları uğrunda mübariz kimi tanınır və biznes qadınlarının Milli Assambleyasının (National Association of Business Women) qurucusudur. O, 2011-ci ildə “Forbs” xurnalı tərəfindən Cənubi Afrikanın ən nüfuzlu qadınlarının siyahısına daxil edilib və üçüncü yeri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar