Mal-qara davası insan qırğını ilə nəticələnib
04 Mart 2010 Cümə Axşamı 20:30
Sudanda düşmən tayfalar birləşərək hərbçilərə hücum edib
Sudanın cənubunda yerləşən Əl-Buxeyrat əyalətində yerli tayfalarla hərbçilər arasında baş verən toqquşmada ən azı 89 nəfər həlak olub. İlkin olaraq iki yerli tayfa arasında başlayan dava-dalaş sonradan hökumət qüvvələrinə qarşı yönəlib. Tayfalar arasında iri buynuzlu mal-qara üstündə yaranmış mübahisəyə son vermək üçün əraziyə cəlb olunmuş hərbçilər yerli əhalinin hücumuna məruz qalıb. Bir-biri ilə düşmən olan iki tayfa birləşərək hərbçilərə hücum edib.

Sudanda təqribən 20 ildir ki, müstəqil seçki keçirilmir. Bu ilin aprel ayına ölkədə seçki təyin olunub. Bu müddət yaxınlaşdıqca təxribat və əhali ilə hərbçilər arasında toqquşmalar da artır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar