Mahmud Əhmədinejatın İrəvana səfəri başlayır
23 Dekabr 2011 Cümə 01:45
Bir neçə aydır baş tutmayan səfərin detalları açıqlanmır.
İran prezidenti Mahmud Əhmədinejat bu gün Ermənistana rəsmi səfərə gedəcək. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Lakin rəsmi İrəvan səfərlərin detallarını açıqlamayıb.

Qeyd edək ki, səfər əvvəlcə iyunun 6-na təyin edilmişdi. Lakin son anda heç bir səbəb açıqlanmadan səfər təxirə salındı. O vaxt Ermənistanın dövlət başçısının mətbuat xidməti “qarşılıqlı razılığa əsasən səfər təxirə salınıb”, “səfər daha uyğun vaxtda həyata keçiriləcək” kimi ümumi məlumatlarla kifayətlənmişdi.

İran prezidentinin hazırkı səfərinin detalları Serj Sarkisyan və Mahmud Əhmədinejat arasında noyabrın 16-da baş tutan telefon danışığı zamanı müzakirə edilmişdi. Onlar ikitərəfli münasiblətlər, o cümlədən, infrastruktur və cari iqtisadi proqram ətrafında fikir mübadiləsi aparmışdılar.

Ermənistan və İran arasında iqtisadi əməklaşlığın əsasını iki ölkəni birləşdirəcək dəmir yolunun tikintisi layihələri, Ermənistan-İran üçüncü yüksək gərginlikli elektrik xəttinin çəkilməsi və Araz çayı üzərində iki birgə SES-in yaradılması təşkil edir. İrəvan və Tehran neft və neft-kimya sahəsində də əməkdaşlığı genişləndirməyi planlaşdırır, o cümlədən, Ermənistan arasında yanacaq anbarının tikintisinin mümkünlüyünü nəzərdən keçirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar