Mahmud Əhmədinejatı Ermənistana dəvət ediblər
16 İyul 2010 Cümə 02:30
Səfir: “Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə İrana minnətdardır”.
Rəsmi İrəvan İran prezidenti Mahmud Əhmədinejatı Ermənistana səfərə dəvət edib. Bunu Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib.
Erməni diplomat bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutur. Onun sözlərinə görə, Ermənistan bu mövqeyə görə Tehrana minnətdardır. Qriqor Arakelyan hesab edir ki, İran regional problemlərin həllində nüfuzlu oyunçu kimi iştirak edir: “Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, regional problemlərin həllində İranın rolu əhəmiyyətsiz deyil. Rəsmi Tehran Dağlıq Qarabağ münaniqəsində vasitəçilik rolunu 1992-ci ildə öz üzərinə götürüb. Ermənilər və azərbaycanlılar arasında ilk atəşhkəs razılaşması İran tərəfindən elan edilib”.
İranın nüvə proqramı məsələsinə toxunan erməni diplomat deyib ki, bu məsləə danışıqlar vasitəsilə həll edilməlidir. Qriqor Arakelyan məlumat verib ki, Ermənistan və İran arasında mal dövriyyəsi 200 milyon dollar həcmindədir. Onun fikrincə, bu həcm artmalıdır.
Ermənistan səfiri bildirib ki, Ermənistanda sayca üçüncü yüksək gərginlikli elektrik xəttinin inşasına başlanılıb. Bu xətt vasitəsilə elektrik enerjisi İrana ötürüləcək: “Bundan başqa, Araz çayında Ermənistan-İran sərhədində Su Elektrik Stansiyası tikiləcək və ondan iki ölkə tərəfindən birgə istifadə olunacaq”. anspress
DOSTLARINLA PAYLAŞ: