Mahmud Əhmədinejat Qərbə meydan oxudu
19 Yanvar 2011 Çərşənbə 04:20
Mahmud Əhmədinejat: “Yüz min qərar da qəbul etsələr, yenə də bizi dayandıra bilməzlər”.
İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejat yanvarın 21 – 22-də İstanbulda Tehranla 5+1 ölkələri arasında keçiriləcək nüvə müzakirələrindən əvvəl “bizi dayandıra biməzlər” – deyərək Qərb dünyasına meydan oxudu.

İranın rəsmi xəbər agentliyi olan “İRNA”-nın xaricdəki və ölkə daxilində fəaliyyət göstərən nümayəndələri ilə görüşündə çıxış edən Əhmədinejat İrana göstərilən təzyiqləri tənqid edib. “İran nüvə enerjisi sahəsində inkişaf edir, onlar isə sadəcə olaraq sanksiya qərarları qəbul edirlər”.

İranın nüvə enerjisi sahəsindəki fəaliyyətlərinin davam edəcəyini deyən ölkə prezidenti heç bir sanksiya qərarının onları dayandıra bilməyəcəyini deyib: “Yüz min qərar da qəbul etsələr, yenə də bizi dayandıra bilməzlər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar