Mahmud Əhmədinejat İran valyutasının kəskin ucuzlaşmasının səbəbini açıqladı
03 Oktyabr 2012 Çərşənbə 02:47
O, bunu Qərbin İrana qarşı apardığı iqtisadi müharibə ilə əlaqə əlaqələndirib.
İran rialının kəskin ucuzlaşması Qərbin bu ölkəyə qarşı apardığı iqtisadi müharibə ilə əlaqədardır. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejat bəyan edib.

Dövlət başçısının sözlərinə görə, “düşmənlər”in səyləri nəticəsiz qalıb. Bu ilin birinci yarısında İrana mal idxalı 26 milyard dollar təşkil edib. Mahmud Əhmədinejat deyib ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə cüzi azdır. Onun fikrincə, bu, onu göstərir ki, İran Milli Bankının valyuta hesablaşmaları ilə bağlı problemi olmayıb.

Ötən həftə İran rialının dəyərində kəskin ucuzlaşma müşayiət olunub. Oktyabrın 2-də “qara bazar”da dollar 34,7 min rialdan 37 min rialadək bahalaşıb. Dövlət KİV-i “qara bazar” kotirovkalarını süni adlandırır. Rəsmi kursa görə, 1 dollar 12,26 min riala bərabərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar