Mahmud Əhmədinejat gələn həftə Azərbaycana gələcək
10 Noyabr 2010 Çərşənbə 01:25
Səfər çərçivəsində Azərbaycan və İran prezidentlərinin, eləcə də iki ölkənin digər rəsmi şəxslərinin görüşləri gözlənilir.
İran prezidenti Mahmud Əhmədinejat gələn həftə Azərbaycana səfərə gələcək. Bu barədə məlumatı İranın İSNA agentliyi yayıb. Səfərin əsas məqsədi Xəzəryanı dövlət başçılarının sammitində iştirak etməkdir.
Agentliyin məlumatına görə, səfər çərçivəsində Azərbaycan və İran prezidentlərinin, eləcə də iki ölkənin digər yüksək vəzifəli rəsmi şəxslərinin görüşləri keçiriləcək.
Xəzəryanı dövlətlərin başçılarının sammiti noyabrın 18-də Bakıda keçirilməlidir. Hazırda Tehranda beş Xəzəryanı ölkənin nümayəndələri ikigünlük toplantıdadırlar. Toplantı bu gün başa çatacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: