Mahmud Əhmədinejad Türkiyəyə Suriya ilə bağlı xəbərdarlıq etdi
26 Avqust 2011 Cümə 14:24
İran prezidenti Türkiyəni diqqətli olmağa çağırıb
İran prezidenti Mahmud Əhmədinejad Suriya məsələsində Türkiyənin qərb ölkələrinin qarışıq təxribatlarına uymaması üçün diqqətli olmasının vacibliyini bildirib. Livanın Əl Manar televiziyasına müsahibə verən Mahmud Əhmədinejad Suriya xalqı və dövlətini islahatlar üçün problemləri danışıqlar yolu ilə həll etməyə də çağırıb.
«Qərb ölkələri Liviya kimi Suriyaya da hücum etməyi düşünür. Suriya hökuməti və xalqı birlikdə razılığa gəlməlidir. İslahatlar lazımdırsa, bunu qərbin müdaxiləsinə yol vermədən özləri həyata keçirməlidir. Xalqla lider arasında problem varsa, hər iki tərəf müəyyən bir zaman ərzində qarşılıqlı şəkildə bunu həll etməlidir. Qərb heç kimə islahatlar gətirməyəcək. Onlar insanlıq üçün çalışmır, pul, neft və siyasi işğal üçün çalışır.»- Mahmud Əhmədinejad belə deyib.
DOSTLARINLA PAYLAŞ: