Mahmud Əhmədinejad Rusiyaya getməyəcək
15 İyun 2009 Bazar Ertəsi 15:00
Ekspertlər onun bu qərarını İranda keçirilən etiraz aksiyalar ilə bağlayırlar

 

İranın yeni prezidenti Mahmud Əhmədinejad Rusiyaya səfərini təxirə salıb. Bu barədə məlumat İranın Moskvadakı səfirliyindən verilib. Ekspertlər prezidentin bu qərarını seçkidə onun rəqibi olan Mir Hüseyn Musəvinin tərəfdarlarının prezident seçkisinin nəticələrinə etiraz məqsədi ilə keçirdikləri aksiyalar ilə bağlayırlar.

Qeyd edək ki, Əhmədinejat bu gün Yekaterinburqa başlayan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün bu şəhərə gəlməli idi. İran bu sammitdə nəzarətçi kimi iştirak edir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar