Mahmud Əhmədinejad: “Obama tezliklə öz səhvini başa düşəcək”
11 İyun 2010 Cümə 17:55
Mahmud Əhmədinejad: "ABŞ prezidenti Barak Obam İran xalqı barəsində böyük səhvə yol verib."
Obama tezliklə öz səhvini başa düşəcək və İran xalqı ilə dostluq əlaqələrini zəhərlədiyini anlayacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Çində rəsmi səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, İranın heç bir dövlətlə problemi yoxdur: “Əsas problem ABŞ dövlətidir. Obama İran əleyhinə olan sanksiyaların işləməyəcəyini və təsiri olmayacağını yaxşı bilir. Amerika bəzi şərq ölkələrini ələ keçirmək və udmaq istəyir”.

İran prezidenti BMT Təhlükəsizlik Şurasını da tənqid atəşinə tutaraq onun diktatorların alətinə çevrildiyini bildirib: “BMT heç vaxt demokratik olmayıb”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar