Mahmud Əhmədinejad məqsədli olaraq xaqlı aldadır
08 İyun 2009 Bazar Ertəsi 10:35
Bunu qarşıdan gələn prezident seçkisində hazırki prezidentin əsas rəqibi Mir Hüseyn Musəvi bildirib

Iran prezidenti Mahmud Əhmədinejad xaqı ölkənin iqtisadi vəziyyəti ilə bağlı məqsədli şəkildə aldadır. Bu barədə RBC-nın məlumatına görə, qarşıdan gələn prezident seçkisində hazırki prezidentin əsas rəqibi Mir Hüseyn Musəvi bildirib.
 
Onun sözlərinə görə, İran Mərkəzi bankının məlumatları təsdiqləyir ki, ölkədə inflyasiyanın səviyyəsi M. Əhmədinejadin dediyi kimi 15 faiz yox, 25,4 faizdir. Qeyd edək ki, M. H. Musəvi bir neçə dəfə ölkə rəhbərinin xarici və daxili siyasətini tənqid edib.

İranda prezident seçkiai iyunun 12 –də keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar