Mahmud Əhmədinejad göstəriş verib
07 Fevral 2010 Bazar 18:50
Mahmud Əhmədinejad göstəriş verib. Xarici ölkələrlə nüvə yanacağının mübadiləsi haqda razılaşmanın imzalanmasına 3 ay vaxt ayırlıb.
İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin uranın 20 faizədək zənginləşdirilməsi üzrə işlərin başlanmasına dair göstəriş verib. Bu haqda məlumatı ölkə başçısı lazer texnologiyaları sərgisinin açılışında verib. Əhmədinejad bildirib ki, xarici ölkələrlə nüvə yanacağının mübadiləsi barədə razılaşmanın imzalanmasına 3 ay vaxt verib. Bundan sonra İran 800 min insanı dərmanla təmin edən Tehran nüvə reaktoru üçün yanacağın istehsalına özü başlayacaq.
Bu arada İranda hava-torpaq tipli “Kaem” və torpaq-torpaq tipli “Tufan-5” və “Qasırğa-6” raketlərini istehsal edəcək zavodlar açılıb. İranın müdafiə nazir bu raketləri ən qabaqcıl silahlar adlandirib və bildirib ki, onlar 2 ədəd döyüş başlığı daşımaq iqtidarindadir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: