Mahmud Əhmədinejad Azəri türkcəsində şeir oxuyub
04 İyun 2009 Cümə Axşamı 22:20
İran prezidenti türk dili və ədəbiyyatının universitetlərdə keçiriləcəyini vəd edib

 

İran prezidenti Mahmud Əhmədinejadın seçki kampaniyası maraqlı məqamlarla ilə yadda qalacaq. ANS PRESS-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən yaydığı xəbərə görə, Əhmədinejad məşhur şair Hafizin «Divan»ını ilk dəfə azəri türkcəsinə tərcümə edən şairlə görüşüb. Əhmədinejad onun gördüyü işlərlə maraqlanıb.

Şairə gördüyü işlərə görə təşəkkür edən və əsərin çap edilməsi üçün göstəriş verən Əhmədinejad Hafizin «Xülyamda gördüm ki, mələklər meyxananın qapısını döyür» adlı gəzəlini türkcə tərcüməsini oxuyub.

İran prezidenti türk dili və ədəbiyyatının universitetlərdə keçiriləcəyini də vəd edib. O, türk dilinin hər baxımdan mükəmməl olduğunu, az sözlə çox və dərin mənalar ifadə etdiyini vurğulayıb, habelə bir çox dillərdən üstün olduğunu bildirib.

Yeri gəlmişkən, İran prezidenti həyat yoldaşı ilk dəfə olaraq üzü açıq şəkildə ictimaiyyət arasına çıxıb.

İran lideri Əhmədinejad Tehranın Azadi stadionunda 12 min qadın qarşısında çıxış edərkən bildirib ki, müvəffəqiyyətinə görə anası, müəllimi və həyat yoldaşına borcludur. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar